Bakıda gəlinini doğrayıb zibil qutusuna atan kişinin şikayəti rədd edildi

Bakı Apellyasiya Məhkəməsində Bakıda gəlinini qətlə yetirdikdən
sonra doğrayaraq zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmovun
apellyasiya şikayətinə baxılıb.

AzerTimes-ın məlumatına görə, hakim Ziya Şirinovun sədrliyi ilə
keçirilən iclasda şikayət araşdırılsa da, təmin edilməyib.

Xatırladaq ki, ötən il yanvarın 27-də paytaxtın Nəsimi rayonu
Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə
ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər
Nazirliyinin “102 – Zəng Mərkəzi”nə məlumat daxil olub.
Araşdırmalarla məlum olub ki, 32 yaşlı Banı Məhərrəmova Binəqədi
rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq
zəminində qayınatası, Babək rayon sakini İ.Məhərrəmov tərəfindən
qətlə yetirilib. Daha sonra meyiti doğranaraq Nəsimi rayonunda
yerləşən zibil qutusuna atılıb.

Cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud
Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə elan olunmuş hökmə əsasən
İdris Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla
və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 245-ci (qəbir və ya
meyit üzərində təhqiredici hərəkət) maddələri 18 il müddətinə
azadlıqdan məhrum edilib.

Teqlər: