“Campos Racing” komandasının pilotu Xosep Maria Marti Bakıda keçirilən Formula-2 üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.
AzerTimes xəbər verir ki, sərbəst yürüş zamanı sürücünün bolidində problem aşkarlanıb.
Nəticədə qırmızı bayraq qaldırılıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.