Bakıda Formula 1-ə hazırlıqla əlaqədar hərəkət məhdudlaşdırılacaq

“Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində
trasda aparılan təmir işləri ilə əlaqədar yolun Neftçilər
prospektinin Azneft dairəsindən (Nefçilər prospekti və Niyazi
küçələrinin kəsişməsi) “Abşeron Mariott” otelinə (Neftçilər
prospekti və Puşkin küçələrinin kəsişməsi) qədər hissəsində hərəkət
məhdudlaşdırılacaq.

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən AzerTimes-a verilən
məlumata görə, yolun sözügedən hissəsində yaranacaq sıxlığı nəzərə
alaraq sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş
olunur.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yolların bağlı olmadığını,
yalnız hərəkət zolağının sıxlaşdırıldığını bəyan edir.

Əməliyyat Şirkəti sürücülərə anlayışlarına görə təşəkkür edir,
hazırlıq işləri ilə bağlı yaranan müvəqqəti narahatlığa görə üzr
istəyir.

Teqlər: