Bakıda Əhmədli qəsəbəsində kütləvi dava baş verib.
AzerTimes xəbər verir ki, hadisə şahidlərinin Report-a verdiyi məlumata görə, davaya səbəb az əvvəl başa çatan “Fənərbaxça” – “Qalatasaray” futbol oyunu olub. Belə ki, hər iki klubun fanatları arasında oyun bitəndən sonra mübahisə yaranıb. Əlbəyaxa dava polisin müdaxiləsindən sonra dayandırılıb.
Hadisə ilə əlaqədar bir neçə nəfərin saxlanıldığı bildirilir.