Bakıda əxlaqsız hərəkətlər edən taksi sürücüsü saxlanıldı

Bakıda əxlaqsız hərəkətlər edən taksi sürücüsü saxlanıldı

Paytaxt ərazisində əxlaqsız hərəkətlər edən taksi sürücüsü həbs olunub.

DİN Mətbuat Xidmətindən AzerTimes-a bildirilib ki, məhkəmənin qərarı ilə K.Rüstəmov 20 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə taksi sürücüsünün qadın sərnişin avtomobildə olan zaman əxlaqsız hərəkət etməsini əks etdirən görüntülər yayılıb. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla sürücünün 1993-cü il təvəllüdlü Kənan Rüstəmov olması müəyyən olunaraq Bakı şəhərində saxlanılıb.

Teqlər: