Bakıda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlandı

Bakıda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlandı

Qaradağ rayonunda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, zərərçəkən polisə məlumat verərək naməlum şəxsin kilidi sındırıb mənzilə daxil olduğunu və oradan 41 min ABŞ dolları, 23 min manat, eləcə də 50 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Ülvi Hacıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla Ü.Hacıyevin Lökbatan qəsəbəsində yerləşən daha bir evdən oğurluq etməsi məlum olub.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Ü.Hacıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

Teqlər: