Bakıda evdən iki qardaşın meyiti tapılıb.
AzerTimes xəbər verir ki, hadisə dünən axşam Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.
52 yaşlı Əli Xaliq oğlu Həsənov və qardaşı, 55 yaşlı Rəhmanın meyiti evdə aşkar edilib.
İlkin müayinə zamanı onların üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib.
İki qardaşın eyni vaxtda hansı səbəbdən ölməsi hələlik məlum deyil.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.