Fevralın 4-də Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən
evlərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
zərərçəkən ev sahibi polisə müraciət edərək evdə olmadıqları
müddətdə naməlum şəxslər tərəfindən mənzildən içərisində 2000
dollar, 34 min manatlıq qızıl-zinət əşyaları və sənədlər olan
seyfin oğurlandığını bildirib. Məlumat daxil olan kimi hadisəni
törədən şəxslərin axtarışlarına başlanılıb. Xəzər Rayon Polis
İdarəsi və 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini
törətməkdə şübhəli bilinən İsmayıl Abbasov və tanışı Elnur
İsmayılov qısa zamanda saxlanılıblar. Onlar ifadələrində
törətdikləri hadisəni etiraf ediblər.
Qeyd edək ki, bu şəxslərin oğurladıqları qızıl-zinət və digər
əşyalar onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində Cinayət
Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan
şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir. Elnur İsmayılov
və İsmayıl Abbasov qanunsuz əməllərindən zərərçəkən başqa
vətəndaşlar varsa ərazi polis orqanlarına, “102” Xidməti-Zəng
Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə
məlumat verə bilərlər.