Nərimanov rayonunda Məmməd Araz küçəsində yerləşən mənzillərdən birindən naməlum şəraitdə 15000 dollar dəyərində antik şamdanlar, mücrü və gümüş kəmər oğurlanması barədə polis məlumat daxil olub.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Oğurluğun ev sahibin evdə olmadığı son 15 gün ərzində törədildiyi bildirilib.
Polis əməkdaşlarının “isti iz”lərlə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluq maddələri ilə məhkum olunan, 1996-cı il təvəllüdlü Ramin Tağıyev müəyyən olunaraq saxlanılıb. Oğurlanan əşyaların yeri tapılaraq maddi sübut kimi götürülüb, sahibinə qaytarılması təmin olunacaqdır.
R.Tağıyev cinayət məsuliyyətinə cəlb edilib.
Nərimanov RPİ İstintaq şöbəsində araşdırmalar davam etdirilir.