Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində fərdi yaşayış
evində yanğın olması barədə məlumat daxil olub.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət
Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın
baş verdiyi ünvana cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.