Xəbər - Samir Əli – Trend:
Bakıda müşahidə edilən qeyri-sabit hava şəraiti ilə bağlı paytaxtın əsas magistrallarında sürət həddi endirilib.
Bu barədə AzerTimes-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumatda bildirilir ki, hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
“Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meteoroloji amilləri nəzərə alsınlar” – deyə, Agentlik qeyd edir.