Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 200 m² olan ərzaq mağazasında 1 ədəd soyuducu qismən yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.