Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birinin sürücüsü (şəxsiyyəti dəqiqləşdirilir – red.) hadisə yerində keçinib, onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Mustafayeva Nargül Mamed qızı isə ağır xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.