Bakıda ən ucuz torpaq sahələri… – Siyahı

Bakıda ən ucuz torpaq sahələri… – Siyahı

Abşeron, Zirə, Türkan kimi bakıətrafı qəsəbə və kəndlərdə yerləşən ən ucuz topraq sahəsinin qiyməti 5 min manatdan başlayır.

AzerTimes Metbuat.az-a istinadən xəbər verir ki, bu fikirləri əmlak üzrə ekspert Elnur Azadov deyib.

O bildirib ki, hazırda çıxarışı və təyinatı yaşayış məntəqəsi olan torpaq sahəsi tapmaq çətinləşib:

“Vətəndaşlar, çıxarışsız və təyinatı fərqli torpaq sahəsi alsalar da, o ərazidə ev tikə bilmirlər. Ən baha torpaq sahələri mərkəzdə olan ərazilərdə satışa çıxarılır. Burada alıcılıq qabiliyyəti az olmaqla bərabər, belə yerlərdə bir sot torpağın qiyməti 400 min manata qədər yüksələ bilər. Hazırda daşınmaz əmlak bazarında qiymətlərə diqtə edən də tikinti şirkətləridir. 2024-cü ilin sonuna qədər tikinti şirkətlərinin alqı-satqı obyektlərinə müəyyən qədər təsir edəcəyi gözlənilir. Qeyd edim ki, həm fərdi evlərdə, həm də torpaq sahələrinin qiymətində 10 faiz bahalaşma gözlənilir”.

Teqlər: