Paytaxtın Yasamal rayonunda 26 min manatdan çox pulu dələduzluq yolu ilə almaqda şübhəli bilinən qadın saxlanılıb.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfər şəxsin 26385 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 1972-ci il təvəllüdlü qadın saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.