Noyabrın 13-də, axşam saatlarında Azərbaycan Dəmir Yolları QSC-yə (ADY) məxsus elektrovoz Yeni Suraxanı stansiyası yaxınlığında hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-CR-217 olan “Opel” markalı minik avtomobili qəflətən onun qarşısına çıxaraq qəzaya səbəb olub.
AzerTimes xəbər verir ki, məlumatı ADY yayıb.
“Toqquşma nəticəsində xəsarət alan olmayıb. Elektrovozun müəyyən hissələri zədələnib, dəmiryol infrastrukturuna ziyan dəyib”, – məlumatda bildirilib.