Bakıda elə bina var ki, onun iki qanadı 8, digər qanadı isə 9 ballıq ərazidədir – Qurban Yetirmişli

Bakıda çoxmərtəbəli binalar tikilərkən standart seysmik bal
qiyməti tətbiq edilməməlidir.

Bunu AzerTimes-a AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin
direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, hər bina üçün ayrıca olaraq seysmik bal
müəyyənləşdirilməlidir.

“Bəzən eyni ərazidə binalar eyni layihə ilə tikilsə də, zəlzələ
zamanı onlar müxtəlif dərəcəli dağıntılara məruz qalırlar: standart
qiymətlər tətbiq edildikdə zəlzələ zamanı hansısa bina dağılır.
Belə bir hal bir neçə il qabaq Türkiyədə baş verən zəlzələ zamanı
baş vermişdi. Belə ki, ərazidə eyni layihə əsasında tikilən bir
neçə bina olsa da, onlardan yalnız biri tamamilə dağılmışdı.

Bakıda da elə bina var ki, onun iki qanadı 8, digər 1 qanadı 9
ballıq ərazidədir. Güclü zəlzələ olarsa, 9 ballıq ərazidə tikilən
bina dağılacaq. Bütün bu halların baş verməməsi üçün mürəkkəb
geoloji quruluşu olan ərazilərdə tikinti işlərindən əvvəl hər bir
bina üçün binaaltı ərazinin seysmik ballıq qiyməti
dəqiqləşdirilməlidir. Standart qiymət tətbiq edilməməlidir. Buna
görə də binalar zəlzələyə davamlı tikilməlidir ki, risk,
dağıntılar, tələfat minimuma ensin”, – o qeyd edib.

Teqlər: