Bakıda əlbəyaxa dava düşdü

Bakıda əlbəyaxa dava düşdü

Yasamal rayonunda kütləvi dava baş verib. Hadisə Əsəd Əhmədov küçəsi 41-də qeydə alınıb.

AzerTimesxəbər verir ki, bu barədə Yasamal Rayon Polis İdarəsindən bildirilib.

Qeyd olunub ki, bir qrup şəxs əlbəyaxa davaya çıxıb.

“Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə şikayət və ya müraciət daxil olmayıb. Hazırda sosial şəbəkədə yayılan videogörüntülərlə bağlı şöbənin əməkdaşları tərəfindən araşdırmalar başlanılıb” – deyə məlumatda bildirilib.

Qeyd edək ki, xəsarət alanların olub-olmadığı məlum deyil.

Teqlər: