Xəbər - Elçin Mehdiyev – Trend:
2021-ci ilin yanvar-iyul aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,3 faiz artaraq 2 milyard 426,0 milyon manat olub.
AzerTimes-ın məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 035,0 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 83,9 faizini təşkil edib.
Qeyd olunan müddət ərzində ictimai iaşə dövriyyəsi isə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,0 faiz artaraq 286,6 milyon manat olub. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,2 faiz artaraq 227,8 milyon manat olub.
Twitter: @ElchinMehdiyev