Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri məlum olub

2022-ci ilin yanvar-fevral aylarında Bakıda əhaliyə göstərilən
ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə
müqayisədə real ifadədə 5,3 faiz artaraq 761,4 milyon manat
olub.

AzerTimes-ın
məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 640,1 milyon
manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin
84,1 faizini təşkil edib.

2022-ci ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsinin
həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 88,2
faiz artaraq 96,1 milyon manat olub. Hüquqi şəxslər tərəfindən
ictimai iaşə dövriyyəsi 80,6 milyon manat olub ki, bu da ümumi
dövriyyənin 83,9 faizini təşkil edib.

Teqlər: