Bakıda əhali ticarət şəbəkələrində nə qədər pul xərcləyib?

Xəbər - Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-iyul aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 3,6 faiz artaraq 12 milyard 726,8 milyon manat olub.

AzerTimes-ın məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz artaraq 6 milyard 385,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,5 faiz artaraq 6 milyard 341,0 milyon manata bərabər olub.

İstehlak məhsullarının 36,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Twitter: @ElchinMehdiyev

Teqlər: