Bakıda əhali pullarını bu məhsullara xərcləyib

Xəbər - Elçin Mehdiyev – Trend:

2020-ci ilin yanvar-dekabr aylarında Bakıda istehlakçıların pərakəndə ticarət şəbəkəsində vəsaitlərini hansı məhsullara xərclədikləri açıqlanıb.

AzerTimes-ın məlumatına görə, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 51,1 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 12,6 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,2 faizi elektrik malları və mebelin, 1,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,9 faizi əczaçılıq və tibbi malların, 10,3 faizi avtomobil yanacağının, 17,1 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.


Ümumilikdə 2020-ci ilin yanvar-dekabr aylarında pərakəndə Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu ilə nisbətən müqayisəli qiymətlərlə 0,5 faiz artaraq 23 milyard 062,2 milyon manat olub.

Teqlər: