Bakının Nəsimi rayonunda 20 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
AzerTimes Report-a istinadən xəbər verir ki, əcnəbi vətəndaş, 2004-cü il təvəllüdlü Seyid Amer Ashay yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.