Bakıda Dünya Yaş Qrupu Yarışı: ABŞ gimnastları batutla sinxron tullanmada birinci yeri qazandılar

ABŞ-ı təmsil edən gimnastlar Uilyam Kokril və Kay Loson Bakıda keçirilən Dünya Yaş Qrupu Yarışlarında 13 yaş qrupu üzrə kişilər arasında sinxron batut tullanma proqramında birinci yeri tutublar.

AzerTimes xəbər verir ki, ikinci yeri Lev Busarev və İldan Maxiyanov (Rusiya, 45,930 xal), üçüncü yeri Tom Gibson və Maks Middlton (Böyük Britaniya, 45,770 xal) tutublar.

Finalda Azərbaycan gimnastları Maqsud Maqsudov və Nicat Mirzəyev 33,830 xal toplayaraq altıncı yeri tutublar.

Bu kateqoriyada da çıxış edən Azərbaycan idmançıları Mehdi Əliyev və Əli Niftəliyev finala yüksələ bilməyib, 15-ci yeri tutublar.

Teqlər: