Bakıda Dünya Kubokunda idmançılar üçün gözəl şərait yaradılıb – İsrail gimnastı

Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunda idmançılar üçün
gözəl şərait yaradılıb.

Bunu Trend
İsrail gimnastı Darya Atamanov deyib.

“Təsnifat mərhələsində dörd alətlə çıxışılarımı qiymətləndirsək,
deyə bilərəm ki, hər şey hamar olmadı. Hər bir alətdə səhvlər oldu.
Amma işimi davam etdirib, irəliyə addımlayacağam. Kubokun finalında
məqsədim proqramı maksimum yerinə yetirməkdir. İstərdim ki, həm
məşqçi, həm də özüm məmnun qalaq”, – deyə gimnast bildirib.

İsrail təmsilçisi qeyd edib ki, Milli Gimnastika Arenasında
çıxış etmək çox rahatdır.

“Yarışlarda mühit mükəmməldir. Zal böyükdür, işləmək üçün gözəl
şərait var. Bu cür qəbula görə Azərbaycana təşəkkür edirəm!”, –
gimnast deyib.

Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə
Dünya kuboku keçirilir.

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi
5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup
komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova,
eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva,
Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup
hərəkətləri üzrə komanda təmsil edir.

3 gün ərzində gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə
mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış
gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim
olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə keçirilən bədii gimnastika üzrə 9-cu
Dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu
illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev
sahibliyi edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: