Bakıda Dünya Kuboku: qarışıq cütlər, qadın və kişi qrupları arasında mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bakıda Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə
28-ci dünya çempionatının qadın və kişi qrupları, o cümlədən
kombinə edilmiş məşqlər proqramı üzrə qarışıq cütlüklər üzrə
qaliblərinin və medalçılarının mükafatlandırılması mərasimi
keçirilib.

AzerTimes xəbər verir ki,
qadınlardan ibarət qruplar arasında Belçikadan olan üçlük qızıl,
Portuqaliyadan olan qadınlardan ibarət qrup gümüş, ABŞ təmsilçiləri
isə bürünc medal qazanıblar.

Qarışıq cütlüklər arasında Bram Roetger və Helena Heyens
(Belçika) fəxri kürsünün birinci pilləsinə qalxıb, Nataşa Hatçinson
və Dilan Hauells (Böyük Britaniya) ikinci, Daniel Blintsov və Pia
Şutze (Almaniya) üçüncü yerə çıxıblar.

Kişi qrupları arasında Böyük Britaniya komandası qızıl medal
qazanıb, Belçika təmsilçiləri ikinci, İsrail komandası isə üçüncü
yeri tutub.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçiriləcək. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edəcək.

4 gün davam edəcək yarışlarda idmançılar qadın, kişi və qarışıq
cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans,
temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel
Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edir.
Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri
Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və
bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə
aparacaqlar.

Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika
gimnastikası üzrə Dünya kubokuna, bu il martın 3-dən 6-dək isə bu
növ üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi
edib.

Teqlər: