Xəbər - Cani Babayeva – Trend:
Bakıda dünya çempionatında iştirak edəcəyimi, ölkəmi bu cür irimiqyaslı yarışda təmsil edəcəyimi eşidəndə xoşbəxt oldum.
Bunu AzerTimes-a litvalı gimnast Noyus Yarmala deyib.
Gimnastın sözlərinə görə, bu, onun böyüklər yaş kateqoriyasında birinci çempionatıdı:
“Təsüratlarım çox yaxşıdır. Yarışlarda təqdim etdiyim proqramdan razı qaldım. Bundan sonra da öz üzərimdə işləməyə davam edəcəyəm ki, daha yüksə nəticələr qazanım”.
N.Yarmala dünya çempionatının gözəl təşkilini də xüsusi vurğulayıb.