Bakıda direktor müavini işləyirdi: Naxçıvanda vəzifə verildi

Bakıda direktor müavini işləyirdi: Naxçıvanda vəzifə verildi

Şərur Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub.

AzerTimes xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov əmr imzalayıb.

Əmrə əsasən, TŞ-nin müdiri vəzifəsinə Əli Mehdiyev gətirilib.

Yeni müdiri kollektivə R.Məmmədov və Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İmran Əliyev təqdim ediblər.

Qeyd edək ki, Ə.Mehdiyev 27 il pedaqoji staja malikdir, əvvəllər Şərur şəhər 1 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini və direktoru işləyib.

Son iş yeri isə Bakı şəhər 136 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsi olub.

Şərur Rayon Təhsil Şöbəsinin bundan əvvəlki müdiri Malik İsmayılov isə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aparat rəhbəri təyin olunub.

Teqlər: