Azərbaycan Dəmir Yolları QSC-nin xətlərinin söküldüyü iddia edilib.
AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
İddia edilib ki, xətlər kəsilir, avtomobil yolu salınır.
QSC-dən bildirilib ki, texnika işləyən ərazi quruma məxsus deyil.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli isə deyib ki, ərazidə agentlik heç bir iş görmür.