Bakıda dəm qazı daha bir can aldı

Bakıda dəm qazı daha bir can aldı

Bakıda 32 yaşlı kişi dəm qazından ölüb.

AzerTimes xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Rüstəm Əmircanov yaşadığı evin hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Teqlər: