Bakıda dəhşət: Qardaş bacısını yumruqla öldürdü

Bakıda dəhşət: Qardaş bacısını yumruqla öldürdü

Avqustun 2-də saat 13 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində evlərin birində 1965-ci il təvəllüdlü Məlahət Vaqif qızı Əfəndiyevanın yumruq zərbəsindən aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun qardaşı 1967-ci təvəllüdlü Azər Vaqif oğlu Əfəndiyev polisə gələrək təslim olub.

O, saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Teqlər: