Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
AzerTimes xəbər verir ki, 1987-ci il təvəllüdlü Ramil Mahmudov dava zamanı bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona başın təpə-ənsə nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.