Bakıda dalaşan qızlar şöbəyə çağırıldı – Video

Bakıda dalaşan qızlar şöbəyə çağırıldı – Video

Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan qızlar arasında mübahisəni əks etdirən görüntülər yayılıb.

AzerTimes Oxu.az-a istinadla xəbər verir ki, videoda yeniyetmə qızların həmcinsləri tərəfindən döyülməsi və təhqir olunması əks olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan qızlar arasında mübahisəni əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılır:

“Görüntüdə əks olunan yeniyetmələrin şəxsiyyəti müəyyən olunaraq valideynləri və vəkilləri ilə birlikdə polis orqanına dəvət olunublar.

Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcək”.

Teqlər: