Bakıda daha iki poliklinikada peyvənd vurdurmaq mümkün olacaq

Xəbər - Samir Əli – Trend:

Peyvəndləmə ilə bağlı Nərimanov və Xətai rayon əraziləri üzrə şəhər poliklinikalarında yaranan sıxlığı aradan qaldırmaq məqsədilə əlavə vaksinasiya məntəqələrinin fəaliyyətinə zərurət yaranıb.

Səhiyyə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bu məqsədlə Xətai rayonunun 8 nömrəli Uşaq Poliklinikası (ünvan: Əliağa Şıxlinski küç, 59) və Nərimanov rayonunun 7 nömrəli Uşaq Poliklinikası (ünvan: Faiq Yusifov küç, 37) vaksinasiya prosesinə cəlb edilib.


Adı çəkilən məntəqələrdə vaksin olunmaq üçün vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə onlayn qaydada növbə götürməlidirlər.

Teqlər: