Piyada səkisinin zəbt olunması ilə bağlı növbəti hal Xətai rayonunda Xudu Məmmədov küçəsində qeydə alınıb.
Bu barədə AzerTimes-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Məlumatda deyilir: “Hər bir belə qanunsuz hal tərəfimizdən aşkar edilərək aradan qaldırılması üçün gərəkli addımlar atılır.
Vətəndaşlardan xahiş edirik ki, səkilərin zəbt olunması hallarıyla rastlaşdıqda bu barədə Bakı Nəqliyyat Agentliyinə məlumat versinlər. Həmçinin, bu cür qanunsuz əməllərə yol verənləri, ictimai qınağa çəkməyə çağırırıq”.