Xəbər - Çingiz Səfərli – Trend:
Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 73 nömrəli tam orta məktəb distant təhsilə keçib.
Bu barədə AzerTimes-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Onun sözlərinə görə, buna səbəb məktəbdə 3 şagird və 5 müəllimin COVID-19 infeksiyasına yoluxmasıdır:
“Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 73 nömrəli tam orta məktəbdə əyani tədris 14 gün müddətinə dayandırılıb”.
Twitter: @cingizsafarli