Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Məsud Əlizadə küçəsinin təmirini başa çatdırıb.
Agentlikdən AzerTimes-a verilən məlumata görə, təmir işləri çərçivəsində frezlənmə, piyada səkilərinin bərpası, səki daşlarının yenilənməsi işləri aparılıb, küçəyə yeni asfalt-beton örtüyünü döşənib.
Bu il Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 km təşkil edir.