Bakıda daha 3 küçə əsaslı təmir edildi – Video

Bakıda daha 3 küçə əsaslı təmir edildi – Video

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Əbdüləzəl Dəmirçizadə küçəsinin Təbriz küçəsindən Aşıq Alı küçəsinə qədər olan 284 metrlik hissəsində apardığı əsaslı təmir işlərini yekunlaşdırıb.

AzerTimes xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, ortalama eni 14 metr olan küçədə aparılan təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, mövcud piyada səkiləri 1 123 kv.m sahədə bərpa olunub, küçəboyu 607 p/m yeni səki daşları düzülüb. Küçəboyu 4187 kv.m əraziyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Təmir işləri rayonun 261 metr uzunluğa malik Aşıq Alı və uzunluğu 275 metr olan Yəhya Bakuvi küçələrində də aparılıb.

Ortalama eni 15 metr olan Aşıq Alı küçəsinin təmiri zamanı 4339 kv.m, eni 9 metr təşkil edən Yəhya Bakuvi küçəsində isə 2880 kv.m əraziyə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Aparılan yenidənqurma işləri zamanı küçələrdə kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub. Son mərhələdə küçələr zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Teqlər: