Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verdi

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verdi

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Fəzail Bayramov 1156 ünvanındakı yaşayış binalarından birində qeydə alınıb.

Hadisə zamanı binanın bir bloku və bir neçə mənzil tüstüyə bürünüb.

Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub və yanğın söndürülüb.

Teqlər: