Bakıda çoxmərtəbəli binada yanğın olub.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1930 m² (1-ci mərtəbəsi 1100 m², zirzəmisi 830 m²) olan mağazanın zirzəmisində 20 m² sahədə məişət və taxta tullantıları yanıb.
Zirzəmi və mağaza yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.