Bakıda çoxmərtəbəli binada yanğın başlayıb.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində çoxmərtəbəli binada (yaşayış yoxdur) yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.