Bakıda, COP29-da çox ilhamverici bir gün keçirdik.
AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniyanın inkişaf naziri Annelis Dodds özünün X sosial media hesabında yazıb.
“İqlim maliyyəsinə çıxışın genişləndirilməsindən tutmuş iqlim dəyişikliyinin təsirindən ən çox zərər çəkənləri qorumağa qədər, iqlim və inkişafın bir-birinə bağlı olduğunu başa düşürük”, – deyə nazir bildirib.
O, Böyük Britaniyanın dünya səhnəsində öz səsini yenidən yüksək səslə ifadə etdiyini vurğulayıb. Nazir Bakıda ingilis aktyor Teo Ceyms ilə də görüşüb.