Cari ilin yanvarın 7-də paytaxtın Nərimanov rayonu, İ.Abışov
küçəsində yerləşən çörək zavodunda işçi Mətanət Həsənovanın ölməsi
faktı ilə bağlı Nərimanov rayon prokurorluğunda istintaq
aparılıb.
Nərimanov rayon Prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
istintaqla həmin zavodun işçisi Jalə Nurəliyevanın təmizlik işləri
görərkən əmək nizam-intizamı qaydaların tələblərini pozaraq xəmir
qarışdıran qurğunun ehtiyatsızlıqdan işə salması səbəbindən həmin
qurğunun alt hissəsini təmizləyən Mətanət Həsənovanın xəsarət
alması və aldığı xəsarətlərdən hadisə yerində ölməsi müəyyən
edilib.
Jalə Nurəliyeva Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan
adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb
olunub.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması
üçün aidiyyəti üzrə Nərimanov rayon məhkəməsinə göndərilib.