Bakıda çay evinin icarədarı müştərilərini bıçaqlayıb.
AzerTimes xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Naxış” çay evində qeydə alınıb.
Belə ki, çay evinin icarədarı Hüseyn Baratovla həmin obyektə müştəri qismində gələn Cavid Quliyev və Kamil Ağayevlə aralarında mübahisə yaranıb. Mübahisə zamanı o, üzərində gəzdirdiyi bıçaqla hər iki şəxsə xəsarət yetirib.
Faktla əlaqədar cinayət işi başlanılaraq istintaq aparılır.