2019-cu ildə Bakının Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyov küçələrini birləşdirən, xalq arasında “Qaqarin” körpüsü kimi tanınan “Cavanşir” körpüsünün söküləcəyi açıqlanmışdı.
AzerTimes Xəbər - vs-yə istinadən xəbər verir ki, hətta bununla bağlı layihənin olduğu da qeyd edilmişdi.
Bildirilib ki, körpü sökülüb yerində yeni yol çəkiləcək.
4 ildən çox müddət keçməsinə baxmayaraq, bu reallaşmayıb. Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, hazırda körpünün sökülməsi gündəmdə deyil:
“Belə bir təklif var idi. Hazırda həmin təklif gündəmdə deyil”.