Bakı şəhərində velosiped yollarının salınması layihəsi
çərçivəsində bu gün axşam saat 22:00-dan sabah səhər saat 06:00-dək
Səbail rayonu Üzeyir Hacıbəyli küçəsinin Puşkin, Rəşid Behbudov
küçələri Azadlıq prospekti ilə kəsişmələrində müvafiq nişanlanma
xətlərinin çəkilişi işləri aparılacaq.
Bu barədə AzerTimes-a Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)
məlumat verilib.
Bildirilib ki, qeyd olunan vaxt kəsiyində sözügedən kəsişmələrdə
hərəkət xətlənmə işlərinin aparılacağı zolaqlar üzrə hissə-hissə
qismən məhdudlaşdırılacaq.
“Sürücülərdən qeyd olunan vaxt müddətində işlərin aparıldığı
ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti
qaydalarına riayət etmələri xahiş olunur”, – deyə əlavə olunub.