Bakıda, Teymur Elçin küçəsi, Teleteatrın qarşısı, Mehdi Hüseyn küçəsi istiqamətində qazıntı işləri səbəbindən yolda qoyulan məhdudiyyət aradan qaldırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Xatırladaq ki, həmin hissədə nəqliyyatın hərəkəti martın 6-da, axşam saatlarında məhdudlaşdırılmışdı.