Xətai rayonu, Babək prospekti, “Maşın bazarı”nın yaxınlığında yolda aidiyyəti qurum tərəfindən təmir işləri aparılır.
AzerTimes xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qeyd olunub ki, bu səbəbdən də Məhəmməd Hadi küçəsi istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.