16 dekabr saat 10:00-dan 18 dekabr saat 22:00–dək Bakı şəhəri, Binəqədi rayonu, “Baksol” yolunda aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzerTimes-a bildirilib.
“Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, – məlumatda deyilir.