Bakıda bu şirkətə məxsus avtobuslar xətdən çıxarıldı

Bakıda bu şirkətə məxsus avtobuslar xətdən çıxarıldı

Xaliq Faiqoğlu MMC xidmət göstərdiyi marşrut xətləri üzrə avtobusların əksəriyyətini xətdən çıxarıb.

AzerTimes xəbər verir ki, bu barədə Xaliq Faiqoğlu MMC sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, hazırda həmin avtobuslar ödəniş aparatlarında yaranmış problemlər səbəbindən xidmət göstərə bilmirlər.

Qeyd edək ki, səhər saatlarında sosial şəbəkə istifadəçiləri avtobuslara quraşdırılmış elektron ödəniş terminallarının işləmədiyinə dair paylaşımlar ediblər.

Teqlər: